Mühasibatlıq xidməti
Maliyyə hesabatlarının düzgünlüyünü təmin edirik.
NFS Audit — sahibkarlara mühasibat, vergi, HR (İnsan Resursları), hüquq və audit sahələrində peşəkar həllər təqdim edir.
27 illik təcrübəmizlə biznesinizdə şəffaf uçot sistemi qurur, riskləri minimuma endirir və idarəetməni gücləndiririk.
Məqsədimiz sadəcə hesabat hazırlamaq deyil — biznesiniz üçün davamlı və etibarlı sistem yaratmaqdır.
Biznesinizin rəqəmsal mühitdə güclü mövqe qazanmağınız üçün fərdi həllər təqdim edir.
Konsaltinq xidmətləri kiçik, orta və iri bizneslər üçün uyğundur. Xüsusilə maliyyə idarəetməsi, audit, daxili proseslərin optimallaşdırılması və strateji planlama sahələrində çətinlik yaşayan və ya inkişaf etmək istəyən şirkətlər üçün effektiv həllər təqdim edilir.
Xidmətin müddəti layihənin həcminə və mürəkkəbliyinə görə dəyişir. Sadə analiz və rəy xidmətləri qısa müddətdə icra oluna bilər, daha geniş audit və strateji konsaltinq layihələri isə mərhələli şəkildə həyata keçirilir və əvvəlcədən razılaşdırılmış vaxt cədvəlinə əsaslanır.
Proses ilkin görüş və ehtiyacların müəyyənləşdirilməsi ilə başlayır. Daha sonra mövcud vəziyyət təhlil edilir, risklər və imkanlar müəyyən olunur, sonda isə detallı hesabat və praktik tövsiyələr təqdim edilir. Bütün mərhələlər şəffaf şəkildə və müştəri ilə sıx əməkdaşlıq əsasında aparılır.
Bütün maliyyə və biznes məlumatları ciddi məxfilik prinsiplərinə uyğun qorunur. Zərurət olduqda məxfilik müqaviləsi (NDA) imzalanır və əldə olunan məlumatlar yalnız layihə çərçivəsində istifadə olunur.
Görüşlərinizi bir neçə kliklə asanlıqla planlaşdırın. Komandamız sizə istədiyiniz vaxtda kömək etməyə həmişə hazırdır.
Parçaların bir çox variantı var, lakin əksəriyyəti dəyişikliklərə məruz qalıb.
Əməkdaşlığa hazırsınız?
[email protected]