Çınar Park biznes mərkəzi 5-ci bina, 3-cÜ mərtəbə

+994102520651

01 Bloq təfərrüatları

Alış Aktları üzrə Dələduzluğa Mübarizə

  • 5 iyun 2026
  • 118
Alış Aktları üzrə Dələduzluğa Mübarizə

Bildiyimiz kimi, Vergi Məcəlləsinin 16.1.11-10 maddəsinə əsasən, vergi orqanında uçotda olmayan fiziki şəxslərdən alınmış mallara görə alış aktının tərtib edilməsi tələb olunur.

Həmçinin, müvafiq maddənin müddəalarına uyğun olaraq, vergi orqanında uçotda olmayan şəxslərdən mallar alındıqda, alınmış mallara dair alış aktları tərtib edilməli və malların alındığı tarixdən 5 gün ərzində elektron alış aktı da hazırlanmalıdır.

Nağdsız Hesablaşma Haqqında Qanuna əsasən, vergi ödəyiciləri yalnız 3.5-ci maddədə göstərilən malları nağd şəkildə fiziki şəxslərdən ala bilərlər.

Vergi ödəyicisi, Nağdsız Hesablaşma Haqqında Qanunun tələblərinə riayət etməlidir. Digər tərəfdən, Vergi Məcəlləsinin xüsusi maddələrinə əsaslanaraq, elektron alış aktı ilə alınan malın satışı həyata keçirilərkən VM-nin 14.6.5-ci maddəsinin müddəaları nəzərə alınmalı, satılan malın maya dəyəri xərclər kimi tanınmalı və ya Nazirlər Kabinetinin 55 saylı qərarına əsasən şərti rentabellik norması tətbiq edilməlidir.


Hal-hazırda alış aktları vasitəsilə dələduzluq edənlər də mövcuddur. Onlar süni şəkildə vətəndaşların adından alış aktları tərtib edir və bu yolla vətəndaşlar üçün süni vergi yükü yaradırlar.

Bəs bunun qarşısını necə almaq olar?

Nazirlər Kabinetinin 20 noyabr 2024-cü il tarixli qərarı ilə "Elektron alış aktının formasının, tətbiqi, uçotu və istifadəsi qaydalarının təsdiq edilməsi" mövzusunda 7 iyul 2020-ci il tarixli 243 nömrəli Qərarda dəyişiklik edilmişdir.

Dəyişikliklərdən əvvəl vergi ödəyicisi, vətəndaşdan mal aldıqda, vergi sistemində "elektron alış aktı" tərtib edir və onu gücləndirilmiş elektron imza ilə təsdiqləyirdi. Yeni qərara əsasən isə, vergi ödəyicisi ilə yanaşı, mal təqdim edən vətəndaşın da elektron alış aktını təsdiqləməsi tələb olunur. Yeni tənzimləmə ilə bağlı, Qaydaların 2.1-ci bəndində "və" sözü, "vergi orqanında uçotda olmayan fiziki şəxsin öz adına qeydiyyatda olan mobil nömrəyə göndərilən SMS vasitəsilə müəyyən edilmiş qaydada təsdiq edildikdən sonra" sözləri ilə əvəz olunmuşdur. Bununla da, Qaydaların 2.1-ci bəndinə əsasən, vergi ödəyicisi İnternet Vergi İdarəsi vasitəsilə elektron alış aktını hazırlayır, vergi orqanında uçotda olmayan fiziki şəxsin öz adına qeydiyyatda olan mobil nömrəyə göndərilən SMS vasitəsilə təsdiq alındıqdan sonra gücləndirilmiş elektron imza ilə təsdiq edir.

Misal:

Vergi ödəyicisi vergi ödəyicisi olmayan bir vətəndaşdan 300 manatlıq mal alır. Bu halda, vergi ödəyicisi əvvəlcə vergi sistemində alış aktını tərtib edir. Alış aktı hazırlandıqdan sonra, təsdiq üçün sənəd vətəndaşa göndəriləcək. Bu zaman, mal təqdim edən vətəndaşın öz adına qeydiyyatda olan mobil nömrəyə göndərilən SMS-in təsdiq edilməsinin mütləq olduğu vurğulanır. Vətəndaş SMS vasitəsilə təsdiq etdikdən sonra, vergi ödəyicisi elektron imza ilə təsdiq edə bilər.

Gəlin sizinlə müzakirə edək
biznes üçün mühasibat xidməti

Əməkdaşlığa hazırsınız?
[email protected]

axtarış
Yuxarı
Corporate Logo Corporate Logo

Ofis ünvanı

Çınar Park biznes mərkəzi 5-ci bina, 3-cÜ mərtəbə

Telefon nömrəsi

+994102520651 +994102520651