Çınar Park biznes mərkəzi 5-ci bina, 3-cÜ mərtəbə

+994102520651

01 Bloq təfərrüatları

Audit rəyinin vacibliyi

  • 29 may 2026
  • 39
Audit rəyinin vacibliyi

Audit və Auditor Xidməti: Nədir və Necə Aparılır?

Audit, təsərrüfat subyektlərində maliyyə hesabatlarınınmühasibat uçotunun düzgün və dəqiq aparılmasını müstəqil şəkildə yoxlama prosesidir.

Auditor xidməti isə təsərrüfat subyektlərində müqavilə əsasında maliyyə-təsərrüfat fəaliyyəti sahəsində yoxlama, təhlil, ekspertiza və yazılı rəy vermək, mühasibat uçotunun qurulması, hesabat göstəricilərinin doğruluğunun təsdiq edilməsi və digər xidmətləri əhatə edir.

Təsərrüfat subyektləri auditor seçməkdə sərbəstdir. Mülkiyyətçilər, auditin aparılması üçün lazım olan sənədləri, registrlərihesabatları düzgün və dəqiq təqdim etməkdən məsuliyyət daşıyırlar. Eyni zamanda, auditorun sorğusuna dair yazılı və ya şifahi izahatlar vermək də mülkiyyətçinin öhdəliklərindəndir.


Audit Növləri

  • Məcburi və könüllü audit

  • Təsərrüfat fəaliyyətinin auditi

  • Daxili və kənar audit

  • Maliyyə hesabatının auditi

  • Xüsusi audit

  • Uyğunluq auditi

  • Dövlət orqanlarının tapşırığı ilə məcburi audit

  • Əməliyyat auditi

  • Auditor xidmətinin digər növləri


Audit Yoxlaması Formaları

Audit yoxlaması aşağıdakı formalarda həyata keçirilir:

  1. Məcburi audit – qanunla nəzərdə tutulan hallarda və ya təsərrüfat subyektlərinin maliyyə hesabatlarını dərc etməsi lazım olduğu halda həyata keçirilir.

  2. Könüllü audit – qanunla nəzərdə tutulmayan digər hallarda, təsərrüfat subyektinin öz təşəbbüsü ilə aparılır.


Auditor Rəyi və Təhvil-Qəbul Aktı

Audit yoxlamasının sonunda auditor rəyi verilir. Bu, auditor təşkilatı və ya auditorun imzası ilə təsdiqlənən və təsərrüfat subyektinin illik maliyyə hesabatlarının düzgünlüyünü, maliyyə vəziyyətini, mühasibat uçotunun vəziyyətini və əməliyyatlarının qanuniliyini qiymətləndirən rəsmi sənəddir.

Auditor rəyi həmçinin, auditor və ya auditor təşkilatı tərəfindən müqavilə şərtlərinin yerinə yetirilməsini təsdiq edən təhvil-qəbul aktı ilə əlaqələndirilir.

Gəlin sizinlə müzakirə edək
biznes üçün mühasibat xidməti

Əməkdaşlığa hazırsınız?
[email protected]

axtarış
Yuxarı
Corporate Logo Corporate Logo

Ofis ünvanı

Çınar Park biznes mərkəzi 5-ci bina, 3-cÜ mərtəbə

Telefon nömrəsi

+994102520651 +994102520651